EN

Ukrayna Rusiyanın 13 vilayətinə OD YAĞDIRIR, hava limanı İFLİC DURUMDA, reyslər LƏĞV EDİLDİ 

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 221 PUA-sını vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bryanskda 85, Smolenskdə 42, Leninqradda 28, Kaluqada 18, Novqorodda 14, Orlov və Moskva vilayətində 9, Belqorodda 7, Rostov və Tverdə 3, Pskov, Tula və Kursk vilayətlərində isə 1 PUA zərərsizləşdirilib.

Rusiyanın Sankt-Peterburqdakı Pulkovo hava limanında 40-dan çox reys ləğv edilib və ya gecikdirilib.

Teleqraf xəbər verir ki, bu barədə hava limanını idarə edən “Northern Capital Gateway” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Pulkovo hava limanında 28 reys gecikib, 11 təyyarə ehtiyat aerodromlara yönləndirilib, 13 reys isə ləğv olunub.

Hava məkanının istifadəsinə dair məhdudiyyətlər gecə saatlarından tətbiq edilib.

Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti daha əvvəl Leninqrad vilayətinin bəzi ərazilərində tətbiq olunan məhdudiyyətlərin Kalininqradla uçuşların həyata keçirilməsinə təsir göstərdiyini bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Chosen
38
2
musavat.com

3Sources