EN

Fransa ilə məhbus mübadiləsi sazişi başa çatmaq üzrədir - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İranla Fransa arasında məhbus mübadiləsi sazişi tamamlanmaq üzrədir. 

Missiya.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, təklif edilən mübadilə, İsrailin mühasirəyə alınmış Qəzza zolağında davam edən soyqırımını pisləyən mesajlar dərc etdikdən sonra fevralın 28-dən Parisətrafı ərazilərdəki təcridxanada saxlanılan 39 yaşlı iranlı qadın Mahdia Esfəndiari ilə bağlıdır. 

Həbs olunduqdan sonra iki gün ərzində onun harada olması barədə heç bir məlumat verilməyib. Esfandiari paytaxt Parisdən 470 kilometr uzaqlıqda yerləşən Fresnes həbsxanasına köçürülüb. O, Lümierre Universitetində fransız dili ixtisası üzrə təhsil alıb və orada professor və tərcüməçi kimi çalışıb.

İran isə 2022-ci il mayın 7-də Fransanın iki vətəndaşını həbs edib. 40 yaşlı Cecile Kohler və 70 yaşlı Jacques Paris İsrailə casusluqda ittiham olunublar.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
44
missiya.az

1Sources