EN

Serdar Kılıç Ermənistana səfərdədir

Türkiyənin Ermənistanla normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib.

“İki sahil” erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.

"Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Ermənistan-Türkiyə sərhədindəki "Marqara" nəzarət-buraxılış məntəqəsində Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçı qarşıladı", - deyə Badalyan bildirib.

 

Chosen
22
1
ikisahil.az

7Sources