EN

Gürcüstan azərbaycanlıları arasında təbii artım beş dəfə yüksəlib

TBİLİSİ, 12 sentyabr. TELEQRAF

Bu ilin birinci yarısında Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində təbii artım 219 nəfər təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Ötən ilin eyni dövründə bölgədə təbiiartım 43 nəfər olub. İllik müqayisədə təbii artım 176 nəfər və yaxud 5 dəfə artıb.

Yanvar-iyunda Kvemo Kartlidə 1 238 nikah, 678 boşanma faktı qeydə alınıb. Nikahların sayı illik müqayisədə 33 hal, boşanmaların sayı isə 2 hal artıb.

İlk yarımildə Gürcüstanda mənfi təbii artım (-4 999) olub. Qonşu ölkədə nikahların ümumi sayı 9 925, boşanmaların ümumi sayı isə 6 456 təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Kvemo Kartlidə təbii artım 292 nəfərə bərabər olub.2023-cü ildə isə bu göstərici 719 nəfər idi.

Gürcüstanda 2014-cü ildə aparılmış siyahıyaalmaya əsasən, bölgə əhalisinin 42%-ni azərbaycanlılar təşkil edir. 2024-cü ildə aparılmış siyahıyaalmanın yekun nəticələri 2026-cı ilin iyununda açıqlanacaq.

Chosen
46
teleqraf.com

1Sources