EN

Ukrayna Rusiyanın 13 vilayətinə OD YAĞDIRIR, hava limanı İFLİC DURUMDA, reyslər LƏĞV EDİLDİ

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 221 PUA-sını vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bryanskda 85, Smolenskdə 42, Leninqradda 28, Kaluqada 18, Novqorodda 14, Orlov və Moskva vilayətində 9, Belqorodda 7, Rostov və Tverdə 3, Pskov, Tula və Kursk vilayətlərində isə 1 PUA zərərsizləşdirilib.

Rusiyanın Sankt-Peterburqdakı Pulkovo hava limanında 40-dan çox reys ləğv edilib və ya gecikdirilib.

Bu barədə hava limanını idarə edən "Northern Capital Gateway" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Pulkovo hava limanında 28 reys gecikib, 11 təyyarə ehtiyat aerodromlara yönləndirilib, 13 reys isə ləğv olunub.

Hava məkanının istifadəsinə dair məhdudiyyətlər gecə saatlarından tətbiq edilib.

Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti daha əvvəl Leninqrad vilayətinin bəzi ərazilərində tətbiq olunan məhdudiyyətlərin Kalininqradla uçuşların həyata keçirilməsinə təsir göstərdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
2
olaylar.az

3Sources