EN

"Neftçi"nin istəyi baş tutmadı, başqa kluba keçəcək

“Neftçi” “La Luvr”un hücumçusu Muhamed Belxeirin keçidində maraqlı olub.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” əlcəzairli forvardın transferi ilə bağlı klubu ilə danışıqlar aparıb. Lakin “Neftçi” istəyinə çata bilməyib.

Belə ki, 26 yaşlı hücumçu başqa kluba keçəcək. “La Luvr” onu fərqli kluba satacaq. Halbuki belçikalılar Muhamedi “Neftçi”yə satmağa hazır olub.

Əlcəzairli hücumçunun Belçika təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, karyerası ərzində "İnter", “Breşiya”, “Sanxoanense”, “Leykşoeş”, “Vilafrankense”, “Fortuna”(Sittard) klublarında oynayıb.

 

saytlarin hazirlanmasi

Chosen
14
2
sportal.az

3Sources