EN

Qətl törədən azərbaycanlılara 76 il həbs cəzası istənildi

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Moskva Vilayət Məhkəməsində 2024-cü ilin aprelində baş vermiş 22 yaşlı Kirill Kovalevin qətli ilə bağlı səs-küylü cinayət işi üzrə iclas keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət ittihamçısı əsas təqsirləndirilən şəxslər - Şahin Abbasov üçün – 17 il, İssaxan Abbasov üçün – 16 il, Şöhrət Abbasov üçün – 14 il, Nahid Hüseynov üçün – 10 il, Nizami və Bəxtiyar Abbasovlar üçün isə – hər birinə 9,5 il ciddi rejimli həbsxanada çəkməklə azadlıqdan məhrumetmə cəzaları tələb edib.

Münaqişə məişət mübahisəsi nəticəsində yaranıb. Kovalev maşını birbaşa girişin qarşısında saxlayan sürücüyə irad bildirib. Buna cavab olaraq azərbaycanlılardan biri ona ölümcül bıçaq zərbəsi endirib.

Hadisədən sonra cinayətkarlar iki avtomobili ataraq hadisə yerindən qaçıblar, həmin maşınlar sonradan tapılıb.

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları əsas şübhəlinin ata və qardaşı da daxil olmaqla altı nəfəri saxlayıb. Əsas təqsirkar sayılan Şahin Abbasov Rostov vilayətində həbs olunub. Həkimlər zərərçəkmişin həyatını xilas edə bilməyiblər – o, beş saatlıq reanimasiya tədbirlərindən sonra ölüb.

İş üzrə hökm yaxın vaxtlarda elan olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
lent.az

1Sources