"Pep Qvardiola ilə birlikdə çalışmaq futbolçunun başına gələ biləcək ən yaxşı şeydir. O, məni istəyirdi. Mən bununla fəxr edirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Mançester Siti"nin yeni transferi Canluici Donnarumma deyib. O, sözlərinə belə davam edib:
"Mançester Sitidə tarix yazmaq, Çempionlar Liqası və bir çox titullar qazanmaq istəyirəm. Bu, məni həmişə valeh edən klubdur”.
Qeyd edək ki, Donnarumma transferin son günündə MS-yə qoşulub. O, yeni klubu ilə 5 illik müqavilə imzalayıb.