EN

"Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub" - Nazir müşaviri

Son 4 iıdə 400 məktəbdə 17 min 300 dərsdinləmə aparılıb.

Hurriyyet.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Elnur Əliyev yeni tədris ilinə həsr olunan tədbirdəki çıxışında deyib.

O bildirib ki, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub:

"Dərslərin 30 faizi kafi və ya yaxşı qiymətləndirilib. Müəllimlər, adətən, öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlə işləyir, digərləri isə diqqətdən kənarda qalır. Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir".

E.Əliyev qeyd edib ki, müəllimlərin formativ qiymətləndirmənin mahiyyəti barədə anlayışları məhduddur:

"Çox hallarda formativ qiymətləndirmə "məktəbli kitabçası"nda səviyyə və ya qiymət yazmaq kimi anlayışır. Qiymətləndirmələr meyarlara uyğun aparılmır. Müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişin izləmir. Nəticədə şagirdlərin çətinlik çəkdiyi məqamlar müəyyənləşdirilmir. Şagirdlərə əsasən fərdi rəy verilmir və ya verilən rəylər şagirdlər faydalı olmur".

Chosen
1
hurriyyet.az

1Sources