EN

Salifu Suma: Azərbaycanda həm futbolçu, həm də insan kimi xeyli inkişaf etdim

BAKI, 12 sentyabr. TELEQRAF

"Malmö" ilə müqavilə imzalamaq karyeram üçün mühüm addımdır. Bu, mənim Azərbaycandakı nailiyyətlərimin dünyada tanınmasına kömək edəcək".

Teleqraf xəbər verir ki, bunu yay transfer pəncərəsində "Zirə"dən İsveçin "Malmö" klubuna transfer olunan Salifu Suma Afrika mətbuatına açıqlamasında deyib.

21 yaşlı cinah oyunçusu Azərbaycandakı çıxışından məmnun olduğunu bildirib: "Həm futbolçu, həm də insan kimi xeyli inkişaf etmişəm. Azərbaycandakı təcrübəm mənə irəliyə doğru addım atmağa və yeni çağırışlara daha yaxşı hazır olmağa imkan verdi. Artıq daha böyük çempionatda çıxış etmək istəyirdim. "Malmö" avrokubok təcrübəsi olan İsveçin ən böyük klublarından biridir. Bu, əla fürsət idi. Başqa variantlarım da var idi, lakin "Malmö" mənə inkişafım üçün ən yaxşı seçim kimi göründü".

Suma yeni komandası ilə titullar qazanmaq istəyindədir: "İlk növbədə, buraya uyğunlaşmalıyam. İstəyim kluba hədəflərinə çatmaqda kömək etmək və kuboklar qazanmaqdır Hazırda bu, mənim prioritetimdir".

Qeyd edək ki, Salifu Suma 2023-cü ilin yayından "Zirə"də çıxış edirdi. "Malmö" onun keçidi üçün Bakı təmsilçisinə 1,3 milyon avro ödəyib.

Chosen
41
1
teleqraf.com

2Sources