Bakının Nizami rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar.
Bu barədə zərərçəkənlər polisə məlumat veriblər.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.Süleymanova və N.Abdullayev saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.