Azərbaycanda 2013-cü ildə təhsilin inkişafı üzrə Strategiyanın qəbulundan sonra bu günə qədər müəyyən dəyişikliklər baş verib.
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir qeyd edib ki, təhsil islahatı ardıcıl və uzun bir prosesdir. Bir çox istiqamətlərdə əsaslı islahatlar aparılıb. O, islahatlara nümunə olaraq mükəmməl sistemə doğru irəliləməkdə daha çox uşağın məktəbəqədər təhsilə getməsinin vacibliyini söyləyib.
Nazir bildirib ki, məktəbəqədər təhsilin əhatəsi nə qədər çox olarsa, bir o qədər təhsilin keyfiyyəti yaxşılaşır. Bu baxımdan biz 16 faizdən 40 faizə çatmışıq.