EN

“Polyakların yalnız 10 faizi döyüşməyə hazırdır” Biabırçı statistika və Putinin çatdığı məqsəd

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

"Polşa Avropanın ən hərbiləşdirilmiş ölkəsidir. Orada çoxlu müasir silahlar var. Amma özlərinin sosial sorğularının nəticəsinə görə, polyakların yalnız 10%-i öz ölkəsi uğrunda döyüşməyə hazırdır. Ukrayna ərazisində isə onlar ümumiyyətlə döyüşməyə hazır deyillər. Yəni burada sosial aspekt var – silahlar var, amma döyüşən yoxdur. Polşada və NATO-da buna o qədər də köklənməyiblər. Ona görə də hava hücumundan müdafiə bu qədər effektsiz oldu və Putin bunu göstərməklə məqsədinə çatdı”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Radio NV”-nin efirində deyib.

Onun qeyd etdiyi kimi, Polşaya hücumu zamanı Rusiya heç bir hədəfi vurmağı planlaşdırmırdı: "Burada belə bir sual var ki, həmin PUA-ların heç də hamısının döyüş hissəsi olmayıb. Bu PUA-ların müvafiq təhlili aparılır. Bunlar əsl "Şahedlər" deyil, məqsəd təxribat törətmək və göstərmək idi ki, əsl hücum pilotsuz təyyarələri də bu şəkildə uçacaq. Və bu, işə yaradı... Hərbi baxımdan NATO sistemi indi bu cür silahların qarşısında yararsızlığını göstərdi. İndi aydınlaşdırmağa çalışacaqlar ki, kim günahkardır və sair”.

O əlavə edib ki, Ukrayna NATO hərbçilərinə təkcə PUA-ları vurmaq üçün deyil, həm də səmada və dənizdə döyüşmək üçün təlim keçə bilər. Lakin bunun üçün müttəfiqlərin özlərinin bunu istəməsi və buna hazır olması lazımdır.

Lakin belə görünür ki, onlar hələ də “fil qulağında yatmağa” üstünlük verirlər…

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
azpolitika.info

1Sources