EN

Neftçalada şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidməti təşkil olunub

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi yardım xidmətinin təşkili” layihəsi həyata keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir 11.09.2025-ci il tarixində Neftçala şəhərində təşkil edilmişdir. Tədbirdə hüquqi yardıma ehtiyacı olan Şəhid ailələri və müharibə iştirakçılarına vəkillər tərəfindən hüquqi yardım xidməti təşkil edilmişdir.

Qəbulda vətəndaşları narahat edən problemləri ilə bağlı müvafiq məsləhətlər verilmişdir. Eyni zamanda müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
6
cebheinfo.az

10Sources