EN

Milli Paralimpiya Komitəsində yeni təyinat oldu

Azərbaycan Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub
 
Moderator.az xəbər verir ki, Şahin Kazımzadə MPK-nin prezidentinin müşaviri təyin edilib.
 
1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
 
Eləcə də, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.
Chosen
23
5
moderator.az

10Sources