EN

Türkiyədə bir həftə ərzində İŞİD-lə əlaqəsi olan 161 nəfər saxlanılıb

Ajans.az xəbər verir ki,nazirin "X" (keçmiş Twitter) platformasında paylaşdığı məlumata görə, əməliyyatlar ölkənin 81 vilayətindən 38-də, o cümlədən Ankara və İstanbul da daxil olmaqla müxtəlif bölgələrdə həyata keçirilib. Əli Yerlikaya bildirib ki, saxlanılan şəxslərin bəziləri İŞİD strukturu daxilində aktiv fəaliyyət göstərib və terror qruplaşmasına maliyyə dəstəyi göstəriblər. Əməliyyatlar zamanı lisenziyasız odlu silahlar, İŞİD-ə məxsus sənədlər və rəqəmsal materiallar da ələ keçirilib. Qeyd edək ki, İslam Dövləti terror təşkilatı son on ildə Türkiyədə bir sıra terror aktları törədib. Onların ən dəhşətlilərindən biri 2015-ci ildə baş verib — Ankarada keçirilən siyasi mitinq zamanı baş vermiş ikiqat partlayış nəticəsində 100-dən çox insan həyatını itirmişdi. Bu hadisə Türkiyə tarixində ən qanlı terror hücumu kimi qeydə alınıb. Türkiyə təhlükəsizlik qüvvələri son illərdə İŞİD və digər ekstremist qruplaşmalara qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirməkdə davam edir.

 

Chosen
37
Ajans.az

1Sources