EN

Balidə daşqınlardan sonra itkin düşənlərin axtarışı aparılır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

İndoneziyanın məşhur turistik bölgəsi olan Balidə son on ilin ən güclü daşqınları səbəbindən bir həftəlik fövqəladə vəziyyət rejimi elan olunub.

AZƏRTAC xəbər verir ki, İndoneziya Prezidenti Prabovo Subianto fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin sürətləndirilməsi, itkin düşənlərin axtarışını təşkili və evlərini tərk etmək məcburiyyətində qalan sakinlərə ilkin yardım vasitələrinin çatdırılması barədə köməkçilərinə göstəriş verib.

Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentlik dağıntıların təmizlənməsi və itkin düşənlərin axtarışı üçün müxtəlif qurumlardan 400–600 nəfər əməkdaş cəlb edib.

Qeyd edək ki, sentyabrın 8-dən etibarən leysan yağışları Balidə və Şərqi Nusa-Tenqara əyalətində güclü daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə azı 120 yaşayış məntəqəsi su altında qalıb, 500-dən çox sakin təxliyə olunub. Həmçinin təbii fəlakət nəticəsində təxminən 20 nəfər həlak olub, 10 nəfər isə itkin düşüb.

İndoneziyada yağış mövsümü adətən noyabr-aprel aylarını əhatə edir. Lakin son illərdə iqlim dəyişikliyi səbəbindən bu dövr uzanıb və təbii fəlakətlərin miqyası daha da artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
azertag.az

3Sources