"Difai" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, komanda ilə müdafiəçi Nihad İsmayılov arasında mövsüm sonuna kimi müqavilə imzalanıb.
18 yaşlı gənc futbolçunun son komandası 2024-25-ci illərdə formasını geydiyi "Şamaxı-2" olub. O buna qədər "Araz-Naxçıvan U-16", "Xəzər Lənkəran U-17", "Şamaxı U-19" klublarında çıxış edib.