EN

Paytaxtın Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Nizami rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2 min 235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu barədə zərərçəkənlər polisə məlumat veriblər.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q. Süleymanova və N. Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
9
3
sia.az

5Sources