EN

Polşadan Trampa sərt reaksiya: Bu, səhv deyildi

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Polşa xarici işlər naziri Radoslav Sikorski Kiyevə səfəri zamanı ABŞ Prezidenti Donald Trampın Rusiya PUA-larının ölkə ərazisinə daxil olmasını “səhv” adlandırdığı bəyanatına sərt təpki göstərib.

Teleqraf xəbər verir ki, o, bunun Polşaya məqsədyönlü hücum olduğunu biuldirib.

“Rusiyanın 19 pilotsuz təyyarəsinin Polşa ərazisinə daxil olduğu gecə Ukrayna üzərindən 400 PUA və 40 raket uçurdu. Bunlar səhv deyildi”, - Sikorski deyib.

Xatırladaq ki, sentyabrın 10-da gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib. Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
2
sherg.az

3Sources