EN

Armani gizli şəkildə iki vəsiyyətnamə yazıbmış - Varislər açıqlandı

İtalyan modelyer və "Armani" brendinin yaradıcısı Giorgio Armani gizli şəkildə iki vəsiyyətnamə tərtib edib. 

Olaylar.az xəbər verir ki, bu barədə ANSA agentliyi Milan notariat arxivinə istinadən məlumat yayıb.

Məlumata görə, birinci vəsiyyətnamə 15 martda, ikincisi isə 5 apreldə hazırlanıb. Hər iki sənəd dizaynerin ölümündən sonra - sentyabrın 9-da notarius tərəfindən açılıb. Vəsiyyətnamələrin məzmunu hələlik açıqlanmayıb.

ANSA bildirir ki, sənədlər Armaninin əlyazması ilə yazılıb və möhürlənmiş zərflərdə saxlanılıb. Mart və aprel ayları arasında o, şirkətin gələcəyini ən yaxın adamlarına həvalə etmək qərarına gəlib. Bu prosesdə on il əvvəl ortağı Leo Dellchr("39")Orco və Rothschild Italia-dan bankir İrvinq Bellotti ilə birgə təsis etdiyi Armani Fondunun da əsas rolu olacaq.

Armaninin övladı olmadığı üçün əmlakını sərbəst şəkildə bölüşdürə bilib. Onun varisləri mərhum qardaşı Serjionun qızları Silvana və Roberta, bacısı Rozannanın oğlu Andrea, həmçinin uzun müddət ortağı və köməkçisi olmuş Leo Dellchr("39")Orco olacaq.

Mirasın tərkibinə şirkətin səhmlərinin 99,9 faizi, Pantelleriadakı villa, Forte dei Marmidəki yay iqamətgahı, Milandakı Via Borqonuovo evi və Oltrepo Pavese bölgəsindəki villa daxil olub.

Xatırladaq ki, Giorgio Armani sentyabrın 4-də, 91 yaşında vəfat edib. O, son günlərinə qədər işləməyə davam edib və yaxınlarının əhatəsində dünyasını dəyişib. Modelyerlə vida mərasimi sentyabrın 6-da qapalı formatda keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
2
olaylar.az

3Sources