EN

"Sheki City" yeni vingerlə müqavilə bağladı

Bu yay "Xudat"la birləşən və 2-ci Liqanın iddialılarından birinə çevrilən "Sheki City" heyətinə yeni futbolçu qatıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi bu gün sıralarına vinger cəlb edib.

Sözügedən klub Nazim Bağırovu rənglərinə bağlayıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2-ci Liqada yeni mövsüm ötən həftə start götürüb. "Sheki City" ilk turda səfərdə "Dinamo"nu 2:0 hesabı ilə məğlub edib. Komanda çempionatın 2-ci turunda qonaq qismində "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək.

Nihat

Chosen
1
fanat.az

1Sources