EN

ABŞ "G7" ölkələrindən bunu tələb edəcək

ABŞ, Rusiyadan neft idxalını davam etdirdiklərinə görə Hindistan və Çinə qarşı sərt tariflər tətbiq olunması üçün “G7” ölkələrini təşviq etməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, bu addım Rusiyanı Ukrayna ilə sülh danışıqlarına məcbur etmək məqsədi daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, “Bloomberght”də yer alan xəbərə əsasən, “G7” maliyyə nazirləri ABŞ-nin bu təklifini müzakirə edəcəklər. ABŞ Maliyyə Nazirliyinin sözçüsü “Financial Times”a verdiyi açıqlamada bildirib ki, Çin və Hindistanın Rusiyadan neft alması “Putinin müharibə maşınını maliyyələşdirir” və müharibənin uzanmasına səbəb olur. Sözçü əlavə edib ki, Vaşinqton “müharibə bitən gün ləğv ediləcək əhəmiyyətli gömrük tarifləri” tələb edir.

Mənbələrə görə, ABŞ 50 %-dən 100 %-dək dəyişən tariflər təklif edib. Ötən ay Vaşinqton, Hindistanın Rus neftini alması səbəbilə Hindistandan edilən idxala tətbiq olunan tarifləri ikiqat artırmışdı. Bu ilin əvvəlində isə Prezident Tramp Çin mallarına gömrük vergiləri tətbiq etmiş, daha sonra bu vergiləri azaltmışdı.Qeyd edək ki, “G7” ölkələri arasında ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Krallıq yer alır.

Chosen
19
1
cebheinfo.az

2Sources