EN

Bu ölkədə yaşı 100 və yuxarı olanların sayı 99 mini ötdü

Yaponiyada yüz yaşlıların sayı rekord həddə çatıb.


Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Yaponiyada 100 və yuxarı yaşda olan insanların sayı ardıcıl 55 ildir artır və 2024-cü ildə rekord həddə – 99 763 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, yüzilliklərin 88 faizini qadınlar (87 784 nəfər), 12 faizini isə kişilər (11 979 nəfər) təşkil edir. Ən çox uzunömürlü sakin isə ardıcıl 13-cü ildir Şimane prefekturasında qeydə alınıb.

Hazırda ölkədə ən yaşlı qadın 114 yaşlı Şiqeko Kaqava (Nara prefekturası), ən yaşlı kişi isə 111 yaşlı Kyotaka Mizunodur.

Chosen
5
manset.az

1Sources