Qırğızıstanın paytaxtı Bişkek şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seysmologiya İnstitutu məlumat yayıb.
Yerli vaxtla saat 13:57-də (Bakı vaxtı ilə 11:57) baş verən yeraltı təkanların episentri Beş-Kungey kəndindən 1 kilomet aralıda yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat verilməyib.