EN

Ermənistan Prezidentindən müharibə açıqlaması: Bundan sonra...

“Cənubi Qafqazda (Ermənistan və Azərbaycan arasında – red.) bundan sonra müharibə mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
Xaçaturyanın sözlərinə görə, Ermənistan hazırda bütün qonşuları ilə normal münasibətlər qurmağa çalışır.
“Baş nazirin (Nikol Paşinyan) həmişə söylədiyi kimi, bizim regionda, Azərbaycanla münasibətlərimizdə sülh olacaq. Eyni şey Türkiyəyə də aiddir”, - Ermənistan prezidenti vurğulayıb.

Cənubi Qafqazda müharibənin mümkün olub-olmaması ilə bağlı suala Vaaqn Xaçaturyan “Mümkün deyil” cavabını verib.
Chosen
16
3
sherg.az

4Sources