EN

Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı

Nizami rayonunda talama cinayətləri baş verib. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 2235 manat dəyərində qızıl-zinət əşyalarını və 800 manatlıq mopedi oğurlayıblar. Bu barədə zərərçəkənlər polisə məlumat veriblər.

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Q.Süleymanova və N.Abdullayev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
9
2
moderator.az

3Sources