EN

Göyçayda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Ayaz Zərbəliyevlə vida mərasimi keçirilib

 Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Chosen
26
6
missiya.az

3Sources