EN

İslandiya biabırçılığının ŞOK GİZLİNLƏRİ üzə çıxdı - O, görün, nə edib!

Millimizin dünya çempionatının seçmə mərhələsinə biabırçı nəticəylə start verməsinin səbəbi üzə çıxıb. Bununla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. İslandiya ilə səfər matçına (5:0) yollanan futbolçular AFFA mənsubları ilə söhbətində Fernandu Santuşun onları çaşqınlıq içində saxladığını bildirib. Ağır yenilgi ilə bağlı araşdırma aparan federasiya rəsmilərinə məlum olub ki, baş məşqçi rəqibi analiz edərkən, komandaya müdafiədən topla çıxmağı, yarımmüdafiənin mərkəzindən sürətli hücumlar qurmağı tapşırıb. Fəqət, qarşılaşmanın startından dəqiqələr sonra o, taktikanı 180 dərəcə dəyişib. Belə ki, portuqaliyalı çalışdırıcı arxada top saxlamamağa, onu yalnız irəli vurmağa göstəriş verib, üçüncü zonada hava müarizəsinin aparılmasını istəyib. Sabiq «Beşiktaş»lı görüşün fasiləsində daha çox müdafiəyə çəkilməyin lazım olduğunu söyləyib. Komandanın ilk hissəni hesabda geri bitirməsinə (0:1) baxmayaraq, Santuş böyük qüvvə ilə irəli atılmağa icazə verməyib.
Və bu, onun sonunu gətirib. İkinci yarıda daha 4 qol vuran ev sahibləri darmadağını rəsmiləşdirib, Santuş isə AFFA tərəfindən istefaya göndərilib.

SPORTİNFO.AZ

Chosen
6
2
sportinfo.az

3Sources