EN

Pakistanda daşqınlar zamanı xilasedici qayığın aşması nəticəsində 9 nəfər ölüb

Pakistanın şərqində daşqınlarla mübarizə zamanı xilasedici qayıq aşıb, nəticədə doqquz nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Qeyd edilib ki, hadisə şərqi Pəncab əyalətində, Multan şəhəri yaxınlığındakı bir kənddə baş verib.

Pəncab Fövqəladə Halların İdarə Olunması üzrə qurumun yaydığı açıqlamada qeyd olunur ki, qayığın içində daşqınlardan təxliyə edilmiş 24 nəfər olub. Qayıq çevriləndən sonra onlardan 15 nəfəri xilas etmək mümkün olub.

Chosen
2
1
apa.az

4Sources