EN

Türkiyə heyəti İrəvanda danışıqlar aparır

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Ermənistanl münasibətlərin normallaşdırılması üzrə xüsusi təmsilçisi Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

Ermənistanın "Marqara" səhrəd keçid məntəqəsində Serdar Kılıçı Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan qarşılayıb. 

Kılıç İrəvanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcək.

"Anadolu Agentliyi"nin məlumatına görə, Serdar Kılıç səfərdən əvvəl Iqdır bölgəsinin valisi Erkan Turan ilə görüşüb və Zəngəzur yolunun əhəmiyyətindən danışıb: "Zəngəzur yolu yeni imkanların açılması baxımından təkcə Ermənistanla Türkiyə üçün deyil, bütün Orta Asiya dövlətləri, türk respubikaları üçün də mühümdür. Türkiyə Prezidentinin göstərişi ilə qısamüddətli perspektivdə bu xətti açmaq və iki ölkənin iqtisadiyyatına, o cümlədən Iqdır ilə Karsın inkişafına töfhə vermək istəyirik".

Vali Erkan Turan bununla əlaqədar deyib: "Bizim Alican sərhəd məntəqəmiz var. Bu yaxınlarda 124 kilometrlik Dilucu-Kars dəmir yolu xəttinin təməlini qoymuşuq".

Hürr Tərcüman

 

Chosen
35
22
hurriyyet.az

10Sources