EN

Yəmən İsrailin hərbi hədəflərinə hücum edib

BAKI, TurkicWorld, Fərid Mikayılov

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb.

TurkicWorld xəbər verir ki, o, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

İravani bəyanatda İsrailin hərbi əməliyyatlarının fələstinli və qətərli mülki şəxslərin həlak olması ilə nəticələndiyini qeyd edərək, bunun beynəlxalq hüququn və BMT prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirib.

“İran, Qətərin vətəndaşlarını, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri siyasi, diplomatik və hüquqi addımlar atmaq haqqını tam şəkildə dəstəkləyir”- deyə Diplomat qeyd edib.

İranlı diplomat İsrailin Qəzza, Livan, Suriya, Yəmən və İrana qarşı əvvəlki hücumlarına diqqət çəkərək, Qətərə edilən son hücumu da bu aqressiv siyasətin davamı adlandırıb. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi İsrailin cəzasızlıq mühiti ilə yeni hücumlar həyata keçirməsinə yol açır.

“Əgər Şura bu gün də sükut etsə, sabah başqa bir ölkə də İsrailin təcavüz hədəfinə çevriləcək” – deyə İravani bildirib.

Bəyanatda Təhlükəsizlik Şurasından İsrailin hərbi təcavüzünü “sülhün pozulması və təcavüz aktı” kimi tanıyan, VII Fəsil çərçivəsində məcburi qətnamə qəbul etməsi tələb olunub. İran, həmçinin İsrailin Qətərin suverenliyinə qarşı hərəkətlərinə görə tam məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Chosen
4
turkic.world

1Sources