EN

Parlamentdə ətdən söz düşdü: "Qiymətlər yüksəkdir"

Azərbaycanda ət qiymətləri yüksəkdir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında komitə sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, əzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımı qaydada çıxara bilmirlər.

"Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür", - deyə komitə sədri qeyd edib.

Chosen
7
28
modern.az

10Sources