EN

Paytaxtda “Avtomobilsiz gün” keçiriləcək

Bakı şəhərində “Avropa Mobillik Həftəsi” çərçivəsində sentybarın 16-22-də davamlı hərəkətliliyə yönələn tədbirlər və “Avtomobilsiz Gün” keçiriləcək.
 
Yerüstü Nəqliyyat Agentliyindən Moderator.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində mikromobillik və piyada zolaqlarının təhlükəsizliyi yoxlanılacaq, yeniyetmə və tələbələrə təhlükəsiz skuter sürmə təlimi keçiriləcək, veloyürüş təşkil olunacaq.
 
Bundan başqa, orta və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə sessiyaları keçiriləcək. Uşaqlar üçün avtobusla şəhər turu təşkil olunacaq. Məqsəd yol hərəkəti və yol nişanlarının izah olunmasıdır.
 
Sentyabrın 21-də isə Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” təşkil olunacaq. Mikromobillik zonasında operatorlar tərəfindən müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək.
 
Yaradıcılıq zonasında “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirlərə dəvətlidir.
Chosen
28
19
moderator.az

10Sources