EN

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Hurriyyet saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Daşkəsən rayon sakini Mürsəlov Babək Mövsüm oğlu  tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi işsizlikdən əziyyət çəkdiyini, məhz veteran olduğu üçün heç kəsin ona iş vermədiyini iddia edir:

“Mən, Mürsəlov Babək Mövsüm oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, hərbi xidmətdə olmuşam. “Maxe” işləmişəm, sonradan öz istəyimlə işdən azad olmuşam.

44 günlük Vətən Müharibəsində iştirak etmişəm.

3-4 ay bundan qabaq Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin filialından ehtiyatda olan maxelərin yığımına başladılar. Sənədlərimi yığıb, lazımi qaydada mən də göndərdim. Bakıya dəvət etdilər, “1 ay müddətində işə çıxacaqsınız”, - dedilər. Amma 4 aydır ki, çağıran yoxdur.

Müdafiə Nazirliyinin qaynar xəttindən isə bildirirlər ki, bizim bu haqda məlumatımız yoxdur.

44 günlük Vətən Müharibəsi zamanı özüm Daşkəsən Hərbi Komissarlığına yaxınlaşıb, dava-dalaşla müharibəyə getmişəm. Üç qardaş üçümüz də müharibədə iştirak etmişik. Müharibə başa çatana yaxın Müdafiə Nazirliyi tərəfindən xidmətə uyğunsuzluqla tərxis olunmuşam.

45 nəfəri 3 ay bundan qabaq “Maxe” kimi Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinə dəvət etdilər. Amma iş vermədilər. Hərbi Komissarlıqdan keçirdilər. Mən bunu haqszılıq kimi qiymətləndirirəm. Heç kəsdən pul istəmirik. Özümü və ailəmi dolandırmaq üçün dövlətimdən iş tələb edirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
hurriyyet.az

2Sources