EN

TOAT – Azərbaycanın ilk "Bean to Bar" (kakao dənəsindən şokolada) şokolad mağazası Bakıda açıldı

Bakıda yeni və unikal bir layihə həyata keçirildi. Yerli şokolad markası TOAT Azərbaycanda ilk dəfə “Bean to Bar (kakao dənəsindən şokolada) konsepti ilə fəaliyyətə başladı.

TOAT-ın istehsal prosesi tamamilə təbii prinsiplərə əsaslanır. Burada şokolad premium Dominikan Respublikası Trinitario növü kakao dənələrindən hazırlanır. Kakao dənələri ənənəvi üsulla emal edilir, yağı çıxarılmır, alkalizasiya prosesindən keçirilmir və nəticədə öz təbii dadı, qida dəyəri və aroması tam şəkildə qorunur.

TOAT-ın əsas fərqi – 100% təbii və qatqısız olmasıdır. Məhsulların heç birində palma yağı, emulqator, süni aromatizator, konservant və digər qatqı maddələrindən istifadə edilmir. Brendin məqsədi Azərbaycan istehlakçısına Avropanın və dünyanın qabaqcıl şokolad mədəniyyətlərində rast gəlinən saf və keyfiyyətli “Bean to Bar təcrübəsini təqdim etməkdir.

Mağazada yalnız şokolad deyil, həm də bir sıra eksklüziv məhsullar satışa təqdim olunur. Bunların arasında yağı çıxarılmayan kakao tozu, qida dəyərini qoruyaraq hazırlanan dondurulmuş təbii meyvələr və xüsusi fındıq əzməsi yer alır. Fındıq əzməsi resepti isə TOAT-a məxsusdur – məhsulun tərkibində 50% Zaqatala fındığı və əsl Dominikan kakao dənələri istifadə olunur.

TOAT Azərbaycanın qida sektorunda yeni bir mərhələ açaraq, ölkədə ilk dəfə “kakao dənəsindən şokolada” prinsipi ilə istehsal olunan premium şokolad mağazası olmaqla yanaşı, müştərilərinə sağlam, təbii və yüksək keyfiyyətli alternativ təqdim edir.

TOAT mağazası Ağ Şəhər, 3-cü Park küçəsində (Sea Tower binası) sizin yolunuzu gözləyir.

TOAT Bean to Bar premium şokolad təbii şokolad Dominikan kakao dənələri qatqısız məhsul Zaqatala fındığı qida sektoru Bakı şokolad mağazası sağlam qida eksklüziv məhsullar dondurulmuş meyvələr fındıq əzməsi
Chosen
30
1
marja.az

2Sources