EN

Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır? – Ölkələrin siyahısı


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan xarici ölkələrə 737,5 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb.
Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
Türkiyə - 10,36 qəpik (182,5 milyon kVt/saat)
İran - 4,8 qəpik (20,9 milyon kVt/saat)
Gürcüstan - 9,7 qəpik (466 milyon kVt/saat)
Rusiya – 7,4 qəpik (68,1 milyon kVt/saat)
Məlumat üçün onu da bildirək ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyi kimi, həmin ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan xarici ölkələrdən 91,7 milyon kVt/saat elektrik enerjisi idxal edib. Azərbaycan elektrik enerjisini 3 ölkədən – Gürcüstan, İran və Rusiyadan alıb.
Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:
İran - 4,8 qəpik (18,9 milyon kVt/saat)
Gürcüstan – 11,1 qəpik (22,3 milyon kVt/saat)
Rusiya – 5,9 qəpik (50,5 milyon kVt/saat)

Elnur Əli
Chosen
2
4
yeniavaz.com

5Sources