"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniya təmsilçisi "Atletik" yeni transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bilbao kollektivi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Aymerik Laporte ilə anlaşıb.
Müdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.
Laporte 2011-ci ildən 2018-ci ilə kimi "Atletik"də çıxış edib. O, "Əl-Nəsr" klubunun heyətində meydana çıxdığı 27 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunun "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.