EN

"Çelsi"nin ulduzu "Qarabağ"la matçı buraxacaq

"Çelsi" klubunun futbolçusu Dariu Essuqu zədələnib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin "Qarabağ" matçında komandasına kömək edə bilməyəcək.

Buna səbəb isə gənc ulduz Portuqaliyanın U-21 millisinin heyətində aldığı zədə olub.

Essuqu  əməliyyat olunub və 3 yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də Bakıda keçiriləcək.

Chosen
14
1
musavat.com

2Sources