EN

Tramp Qazaxıstan və Özbəkistana səfər edə bilər

BAKI, 12 sentyabr. TELEQRAF

Donald Tramp Mərkəzi Asiya ölkələrinə səfər edən ilk ABŞ prezidenti ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Bildirilib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bundan əvvəl Amerika liderini Daşkəndə dəvət edib:

“Özbəkistan tərəfi artıq bir neçə dəfə dəvət göndərib və apreldə xarici işlər naziri Bəxtiyor Saidovun başçılıq etdiyi nümayəndə heyəti onları Ağ Evə çatdırıb ”.

Xatırladaq ki, 2018-ci ildə Mirziyoyev Ağ Evdə Trampla görüşüb. Həmçinin, sentyabrın 5-də telefon danışığı zamanı Özbəkistan prezidenti amerikalı həmkarını uyğun vaxtda Özbəkistana səfərə dəvət edib.

KİV həmçinin qeyd edib ki, Trampın Mərkəzi Asiyaya səfərlə bağlı qərar qəbul edilməyib.

Mənbələr ABŞ liderinin Qazaxıstana səfərinin mümkünlüyü ilə bağlı iddia da irəli sürüb.

Chosen
25
teleqraf.com

1Sources