EN

Bu ölkə silkələndi

Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib, yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss olunub.Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Yeraltı təkanların müddəti təxminən iki-üç dəqiqə olub. Hazırda Qırğızıstan paytaxtında vəziyyət sakitdir.Məlumatına görə, zəlzələnin maqnitudası 4,0 bal təşkil edir. Yeraltı təkanların episentri Bişkekdən 19 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 4 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Chosen
50
1
metbuat.az

2Sources