Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistanda səfərdədir.
Sitat.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, S.Kılıçı “Marqara” nəzarət-buraxılış məntəqəsində Ermənistanın xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan qarşılayıb.
Türkiyə nümayəndəsi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.