EN

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İntihar xəbəri yayılan türkiyəli aktrisa Nilperi Şahinkayadan xəbər var.

Globalinfo.az bildirir ki, onunla bağlı meneceri Önem Günal danışıb.

“Nilperi 6 ay gecə-gündüz anasının qayğısına qaldı və çətin günlərdən keçdi. Onunla danışdım, həmin paylaşımı edəndə dostları da yanında idi. Amma dərman içərək intihara cəhd etməsi haqda yazılanlar yanlışdır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə anası Meltem Vuralı itirən aktrisa onunla fotosunu paylaşaraq “Əzizlərim, anamsız yaşaya bilmərəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın” sözlərini yazmışdı. Daha sonra paylaşımı dərhal silmişdi.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
globalinfo.az

1Sources