“Beşiktaş”ın futbolçusu Joao Mario karyerasını Yunanıstanda davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, AEK-in 32 yaşlı yarımmüdafiəçinin icarəsi üçün İstanbul klubu ilə anlaşdığını bildirib. Mario mövsümün sonuna kimi Afina təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Mario ötən mövsümdə 39 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə edib.