EN

AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Rusiya Futbol İttifaqında (RFS) da çalışacaq.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis RFS-in prezidenti yanında ekspert-hakimlik komissiyasının üzvü olub.

De Blekere ilə yanaşı, Belarusdan olan keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Kulbakov da komissiyayay üzv seçilib.

Pavel Kamantsevin sədrlik etdiyi komissiyada Ravşan İrmatov, Milorad Majiç, Nestor Pitana, Cüneyt Çakır, Vladimir Kadıkov, Talqat Kosmuxambetov kimi sabiq referilər də yer alıb.

Qeyd edək ki, Frank De Blekere 2024-cü ilin iyun ayından AFFA Hakimlər Komitəsinin sədridir.

Chosen
10
5
fanat.az

7Sources