Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini, Türk dövlətləri ilə əlaqələr şöbəsinin sədri, Ankara millət vəkili Kürşad Zorlu Naxçıvana səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, rəsmi "X" hesabında paylaşım edib.
"Bu gün Naxçıvan-İğdır marşrutu üzrə ilk dayanacağımız türk dünyasının strateji mərkəzlərindən biri - "Türk qapısı" Naxçıvan olacaq.
Qarşıdan gələn dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə yaradacağı sülh və firavanlıq mühiti Naxçıvan marşrutundan yüksələcək", - deyə Kürşad Zorlu paylaşımda bildirib.