EN

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 36%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında xarici maliyyə mənbələrindənəsas kapitala 2,622 milyard manat məbləğində investisiyaedilib.

Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən35,7 faiz artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların1,933 milyard manatı neft-qaz sektoru, 688,5 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilksəkkiz ayındakı göstərici ilə müqayisədə xarici maliyyəmənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalınayönəldilmiş investisiyaların həcmi 19,2 faiz, qeyri-neft-qazsektoru üzrə isə 2,2 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 11,374 milyard manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,2 faiz az investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 8 faiz artıb. Ümumi sərmayənin 5,8 milyard manatı və ya 51faizi məhsul istehsalı sahələrinin, 3,820 milyard manatı (33,6faizi) xidmət sahələrinin, 1,754 milyard manatı (15,4 faizi) isəyaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 52,3 faizi dövlət, 47,7 faizi qeyridövlətsektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun79 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxilimənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumisərmayənin 77 faizini təşkil edib.

Chosen
43
2
az.trend.az

3Sources