Polşa hökuməti Rusiya və Belarusun sentyabrın 12-16-da keçirəcəyi “Zapad-2025” hərbi təlimləri öncəsi sərhədə 40 minə yaxın hərbçi yerləşdirməyə hazırlaşır. Müdafiə nazirinin müavini Sezari Tomçik ölkənin aylardır bu manevrlərə hazırlaşdığını, bundan əvvəl də 30 mindən çox Polşa əsgəri və NATO hərbçisinin iştirak etdiyi təlimlərin keçirildiyini bildirib.
Bundan əvvəl Polşa hökuməti təhlükəsizliklə əlaqədar Belarusla quru sərhədini tamamilə bağlayıb və Ukrayna-Belarus sərhəd rayonlarında uçuşları üç ay müddətinə məhdudlaşdırıb.
Bu gün başlayan Rusiya-Belarus birgə hərbi təlimlərinə 13 mindən çox hərbçi cəlb olunacaq və ssenarilər arasında “Oreşnik” raket sistemi və nüvə silahlarından istifadənin planlaşdırılması da yer alacaq.
Bu arada, Moskva pilotsuz təyyarələrin Polşaya yönəldilməsi ilə bağlı iddiaları rədd edir və hədəflərin yalnız Ukrayna ərazisi daxilində olduğunu bildirir.
TAHİR