"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq".Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib. O xatırladıb ki, qaydalar bu günə qədər 300 ümumi təhsil müəssisəsində tətbiq edilib:"Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz".