EN

Rusiya XİN Aİ-ni məsuliyyətəcəlb etdi

''Avropa İttifaqı ( Aİ ) Ukrayna tərəfinin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır''.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

O, Brüsselin Kiyevə açıq şəkildə kömək və dəstək verdiyinə, avropalı vergi ödəyicilərinin pullarını bu məqsədlərə xərcləməsinə diqqət çəkib. Diplomatın sözlərinə görə, Aİ çoxdan faktiki olaraq Ukrayna münaqişəsinin tərəflərindən birinə çevrilib.

"Avropa İttifaqı və onun ayrı-ayrı üzv ölkələri Ukrayna neonasistlərinin dinc əhaliyə qarşı terrorunda şərik olublar və buna görə də bütün bu cinayətlərə görə məsuliyyət daşıyırlar", - Zaxarova bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
16
2
redaktor.az

3Sources